Bakıda iki nəfəri yandırıblar VIDEO

Bakıda iki sevgilini yandırıblar. Sonradan bu tükürpədici olayın sifariş olduğu və sifarişi qızın bibisinin verdiyi bəlli olub. Bu hadisə yüz minlərlə tamaşaçının hər yeni bölümünün yayımını səbirsizliklə gözlədiyi "Toy gecəsi" bədii televiziya serialının adətən Hollywood filminlərində seyr etdiyimiz səhnələrlə zəngin olan, təkrar nümayiş etdirilməyəcək və internetdə yerləşdirilməyəcək 15-ci bölümündə baş verib. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad obrazı oğurlanan Səbinənin gizlədildiyi məkanı tapıb onu xilas edir. Onlar hadisə yerindən uzaqlaşarkən quldurlar tərəfindən təqib olunurlar. Təqib həyəcanı pik həddinə çatır. Muradla Səbinə qurtulmaq üçün maşından düşərək sıx meşəlikdə qaçmağa başlayırlar.  Məhz bundan sonra onlar quldurların gözündən yayına bilir, axşam olduğundan  meşənin içində qarşılarına çıxan bir daxmada gecələmək qərarına gəlirlər. Məhz bu qərar nəticəsində çox böyük bir səhvə yol verirlər. Onları axtarmaqda davam edən quldurlar sonda onların gizləndiyi daxmanı tapırlar. Bu zaman gün boyu müxtəlif çətin maneələri dəf edərək yorulmuş, artıq xilas olduqlarını zənn edən Muradla Səbinə şirin-şirin yatır. Cahanla əlaqə saxladıqdan sonra quldurlar daxmanı odlayırlar. Onlar Muradla Səbinənin yanaraq kül olduqlarına əmin olduqdan sonra oranı tərk edirlər.

Dünyada heç nə əvəzsiz qalmır. Elə bu arada bəlli olur ki, Cahanın oğlu Elnur qətlə yetirilib.

Tamaşaçılar məhz bu bölümdə "Toy gecəsi"ndə ilk dəfə Azərbaycan Respublikasının Əməkdar artisti Kazım Abdullayevi də görə biləcəklər.

Bu və digər dinamik, həyəcan dolu hadisələri təfərrüatı ilə görmək istəyirsinizsə, bu gün axşam saat 19.00-da ATV kanalında yayımlanacaq "Toy gecəsi" bədii televiziya serialının 15-ci bölümünü izləməyi unutmayın. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31