"İbrahim Tatlısəslə yenidən münasibət qura bilmərəm" - keçmiş xanımı
15 Yanvar 2014 00:58 MədəniyyətTürkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş xanımı Dərya Tunanın yenidən "Tatlısəs kabab" restoranlarının rəhbərliyinə qayıtması medianın müzakirə mövzusuna çevrilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün barışacağına dair xəbərlər yayılıb. D.Tuna iddiaları cavablandırıb:
"İbrahim bəy artıq nə dostum, nə düşmənim ola bilər. Məcbur qalsam, onunla danışaram. Amma heç kim münasibətimizin bərpa olunacağını düşünməsin. Belə bir şey mümkün deyil".
Qeyd edək ki, İ. Tatlısəs və D.Tuna 27 il evli olub. İdo adlı oğlu olan cütlük 2010-cu ildə boşanıb. Bundan sonra Ayşəgül Yıldızla ailə quran müğənninin növbəti evliliyi ötən ilin dekabrınadək davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31