Rəqsanəyə qadağa qoyuldu
14 Yanvar 2014 15:20 MədəniyyətMüğənni Rəqsanə İsmayılovun ifa etdiyi "İnanımmı" mahnısının bəstəkarı Hikmət Aslan müğənniyə mahnılarını oxumasına qadağa qoyub. Açıqlama verən müəllif "Rəqsanə mahnılarımı səsləndirərkən müəllifin adını çəkmir. "İnanımmı" mahnısından söz düşərkən adım hallanmır. Adamı görəndə salam da vermir" deyə, münasibət bildirib. Jurnalistlərin məsələ ilə bağlı müraciətlərini nəzərə alan Rəqsanə deyib: "Allahın salamını hər kəsə verirəm. Hikmət Aslanın mahnılarını illər öncə oxuyaraq bəstəkara qonorar ödəmişəm. Bu gün belə bir mövzu ilə qalmaqala girmək istəmirəm. Çünki mövzunun gerçək mahiyyətində qalmaqala səbəb olacaq heç nə yoxdur. Pulumu verib, mahnımı almışam. Sonuncu açıqlamamda belə, müəllifin adı hallandırılıb". "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31