20 Yanvar Gənc Tamaşaçılar Teatrında yad ediləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 24-cü ildönünmünə həsr olunmuş tamaşa nümayiş etdiriləcək. Əvvəlcə teatrın kollektivi qanlı Yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı 20 yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası yanvar ayının 19-da saat 19.00da nümayiş etdiriləcək.

Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərinə həsr olunan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31