“Düyməcik” baleti nümayiş ediləcək

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İohann Ştrausun "Düyməcik" baletinin tamaşası keçiriləcək. Saat 14-də baş tutacaq tamaşa uşaqlar üçün nəzərdə tutulub. Tamaşanın quruluşunu Rusiyanın Xalq Artisti, xoreoqraf Liliya Sabitova həyata keçirmişdir. Quruluşçu-rəssam isə Rusiyanın tanınmış teatr rəssamı Dmitri Çerbacıdır. Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdu.
Tamaşada balet truppasının artistləri ilə yanaşı Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri də çıxış edəcək. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31