Kıvanç Tatlıtuğa rekord məbləğ
13 Yanvar 2014 18:42 MədəniyyətTürkiyənin tanınmış aktyor və modeli Kıvanç Tatlıtuğ rol aldığı yeni seriala görə rekord məbləğdə pul qazanacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Kurt Seyt və Şura" teleserialında hər ay 260 min lirə (təxminən, 105 min AZN) qazanacaq. Bu göstərici Türkiyədə aktyorlara verilən ən yüksək məbləğdir.
Filmin hər hissəsinin çəkilişi ümumilikdə 2 milyon lirəyə (təxminən, 800 min AZN) başa gəlir. "Kurt Seyt və Şura" bununla Türkiyə tarixinin ən bahalı serialı adını alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31