"Cem Yılmazla boşanmağı mən istəmişəm"

Türkiyənin tanınmış yumor ustası Cem Yılmaz və model Ahu Yağtunun boşanması ilə bağlı daha bir xəbər yayılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A. Yağtu evliliyin Cemin səhvləri ucbatından pozulduğunu açıqlayıb: "Cemin iki ciddi səhvi hər şeyi bitirdi. Boşanmağı o yox, mən istəmişəm. Bundan sonra bütün diqqətimi işimə yönəldəcəyəm. "Elle" dərgisi ilə yeni layihələrimiz var. Karyeramda fərqli səhifə açılacaq". Qeyd edək ki, C. Yılmaz və A. Yağtu dekabrın 31-də boşanıb. Cütlüyün Kamal adlı oğlu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31