Mənsum İbrahimovun yeni layihəsi: “Gəncləşən muğam”
13 Yanvar 2014 18:54 Mədəniyyət"Gəncləşən muğam" layihəsi davam edir. Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə fevralın 2-də "Gəncləşən Muğam-5" adlı konserti keçiriləcək. Konsert xalq artisti Mənsum İbrahimovla, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.
Proqramın rəhbə ri Mənsum İbrahimovdur.
Biletlərin qiyməti 10-50 manatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31