Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti keçiriləcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə keçəcək konsert proqramında skripkada Azərbaycanın Əməkdar Artisti Toğrul Qəniyev çıxış edəcək. "YUNİSEF Türkiyə"nin xoşməramlı səfiri olan Bilkənt Simfonik Orkestrinin Bakı konsertində tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31