Cennifer Lopez məhkəməlik oldu

Tanınmış müğənni Cennifer Lopez məhkəməyə verilib. Axşam.az-a istinadən xəbər verir ki, ABŞ-da Rodriqo Ruis adlı ifaçı Cenniferin ondan çılpaq fotolarını istədiyini bildirib. Rodriqo iddia edir ki, cazibədar sənətçi onu yoldan çıxarmağa çalışıb: "O, məktubda ərindən ayrılmağı planlaşdırdığını və mənim çılpaq fotolarımı görmək istədiyini yazıb. Bu cür məktublar internet poçtuma 3 dəfə gəlib".

R. Ruis bu səbəbdən depressiyaya düşdüyünü və Cennifer Lopezdən 10 min dollar mənəvi təzminat istədiyini əlavə edib.

Qeyd edək ki, sözügedən məktubların "spam" tipli olduğu və ya başqa biri tərəfindən göndərildiyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31