Serdar Ortac xınayaxdıya hazırlaşır

Türkiyənin populyar bəstəkar və müğənnilərindən olan Serdar Ortac nişanlısı, irlandiyalı model Xlo Loqanla mayda evlənməyə hazırlaşır.
Nişanlısına türk adətlərini öyrətmək istəyən Serdar Ortac dünən xınayaxdı mərasimi sifariş verib.Milli.Az AHT-yə istinadən bildirir ki, Xlo üçün xınayaxdının "sınaq mərasimi" maraqlı olub."Burada qadınlar ağladılar və mənə də ağlamaq gərəkdiyini dedilər. Niyə ağlayım ki?! Toy həyatımın ən bəxtəvər günü olacaq. Ailəmdən ayrılacağam, düzdür. Amma sonucda yeni ailə qururam. Buna sevinmək əvəzinə ağlaya bilmərəm", - Xlo deyib."Sınaq xınayaxdı"da ağlamayan Xlo Loqan gülərək rəqs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31