Əməkdar artistimizin dili tutuldu
10 Yanvar 2014 17:17 MədəniyyətƏməkdar artist Mehriban Xanlarova nitqini itirib. Axşam.az-ın məlumatına görə, aktrisanın səhhətində ciddi problem yaranıb və o artıq danışa bilmir. ATV telekanalında yayımlanan "Ümid var" verilişinin canlı telefonla ünsiyyət qurmağa çalışdığı M.Xanlarova "hə, aha" sözlərindən başqa ifadə işlədə bilməyib. Aparıcı Zaur Baxşəliyev aktrisanın səhhətini öyrənməyə çalışsa da, bu alınmayıb.
M.Xanlarovanın qardaşı Sahib Xanlarovla əlaqə saxlayıb məlumat aldıq. S.Xanlarov aktrisanın həkim nəzarətində olduğunu bildirib: "Mehriban xanımın səhhətində soyuqdəymədən belə bir problem yaranıb. Danışa bilmir. Hazırda həkim nəzarətindədir. Boğazını yuyurlar, bir çox dərmanlar edirlər. Həkim danışmağa icazə vermir. Amma tezliklə sağalacağını deyiblər".