Baba Vəziroğlunun 60 yaşı tamam oldu

Yanvarın 10-u əməkdar incəsənət xadimi, nasir, şair, kinodramaturq Baba Vəziroğlunun 60 yaşı tamam olub. Bu gün incəsənət xadiminin çevrəsinə yaxın dostları, əzizləri cəm olacaq. Hər yeni yaşını evində qeyd edən şairin ənənəsi yubileydə də pozulmur. Dəbdəbədən uzaq olan B.Vəziroğlu 60 yaşını öz ocağında qeyd edəcək. İlk təbriki yaxın dostu, millət vəkili Novruz Aslandan alan Baba müəllim onu dəyərləndirən hər kəsə təşəkkürünü bildirib. Xatırladaq ki, onlarla kitab müəllifi olan B.Vəziroğlunun son illər yaradıcılığı daha çox nəğməli sətirlərə düzülüb. Kamal, Faiq Sücəddinov, Eldar Mansurov, Elçin İmanov kimi bəstəkarlarla iş birliyini onun bu qəbildən uğurlu yaradıcılıqməhsulu hesab etmək olar . Ədəbi fəaliyyətə "Ulduz" jurnalında çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlayan Baba müəllim sonrakı illərdə "Səhər qatarı", "Yaddan çıxan görüş", "Ocaq", "Yol", "Dünya dəyməz göz yaşına" kimi povest, hekayə və şeir kitablarının müəllifidi. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31