Cem Yılmaz 1.5 milyonluq avtomobil aldı
10 Yanvar 2014 19:37 MədəniyyətYeni il günü xanımı Ahu Yağtudan boşanan yumor ustası Cem Yılmaz özünə yeni avtomobil alıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şoumen 1.5 milyon lirə (təxminən, 600 min AZN) dəyərində "Bentley"i kolleksiyasına əlavə edib.
Son zamanlar klassik maşınlardan istifadə edən Cemin bu dəfə idman üslubuna üstünlük verməsi diqqət çəkib. Qara rəngli, 2014-cü il modelli "Bentley Continental GT V8"in seriyasında C. Yılmaz soyadının baş hərfinə yer verib.
Qeyd edək ki, 11 avtomobili olan Cem Yılmaz onları yerləşdirmək üçün xüsusi dayanacaq kirayələyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31