Məşhur türk müğənni rüsvay oldu

Türkiyənin populyar müğənnilərindən olan Kenan Doğulu dünən gecə sevgilisi Beren Saat ilə birlikdə əylənmək üçün İstanbulun Beyoğlu səmtində yollanmışdı.
Milli.Az AHT-yə istinadən bildirir ki, Asmalımescit səmtindəki "Süreyya Teras" otelində səhnəyə çıxan Cihan Okanı dinləməyə getmiş Kenan Doğulu orada xeyli içib, sərxoş olub.
Barın qarşısında jurnalistlərin olduğunu öyrənən Kenan Doğulu liftdə 5 dəqiqə gözləyərək müştərilərin pilləkənlərlə aşağı düşməsinə səbəb olub.
Daha sonra oteldə gözləyən Kenan Doğulu və Beren Saat çölə çıxıblar. Ayaq üstə güclə duran Kenan Doğulu səndərlədiyinə görə onu otelin mühafizəçiləri maşına mindiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31