Tanınmış türk aktyoru öldü

“Pis insan” rolu ilə məhşur olan aktyor bu gün xəstəxanada dünyasını dəyişib

Türkiyənin tanınmış aktyoru dünyasını dəyişib. ANS PRESS-in "Haber Türk" saytına istinadən verdiyi məlumata görə, "Pis insan" rolu ilə məhşur olan Süheyl Eğriboz uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada ölüb.
Ötən ilin noyabr ayında səhhətində yaranan problem üzündən xəstəxanaya yerləşdirilən sənatkarın beyninin iflic olduğu məlum olub. O, 2 ay reanimasiya şöbəsində müalicə alsa da, bu gün səhər saatlarında dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31