Ledi Qaqa Maykl Ceksonun muzeyini açacaq
10 Yanvar 2014 19:08 MədəniyyətMəşhur müğənni Ledi Qaqa Maykl Ceksonun muzeyini açacaq. Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, muzeyin harada yerləşəcəyi və nə zaman açılacağı məlum deyil.
İlkin ehtimala görə, bu məkan Ceksonun karyerasına start verdiyi İndiana ştatında ola bilər. Qaqanın kolleksiyasında Maykla aid olan 55 müxtəlif predmet var. Müğənni il boyunca Ceksonun hərraca qoyulan çoxlu sayda dəyərli əşyalarını alıb. Son olaraq Ledi Qaqa ifaçının "Thriller" klipində geyindiyi gödəkçə( 1.8 milyon dollar) və maraqlı formada bəzədilmiş əlcəyi (330 min dollar) üçün külli miqdarda pul xərcləməli olmuşdu.
İfaçı muzeydən əldə edilən gəliri Maykl Ceksonun "Heal the world" fonduna bağışlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31