Türkmənistan prezidenti Rəqsanənin mahnısını oxudu VIDEO
Rəqsanənin “İnanımmı” mahnısı sayca ikinci səslənir
9 Yanvar 2014 18:54 MədəniyyətZalda olan tamaşaçılar belə Yeni il "hədiyyə"sini heyranlıqla qarşılayıblar. Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov mahnı oxuyub. Dicey pultu arxasında əyləşən Berdımuhəmmədov türkmən dilində bir neçə mahnı ifa edib. Onların arasında isə azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın mahnısı da olub.Əsas vokalçılar, estrada müğənniləri Annaqulı Muratdurdıyev və Parahat Amandurdıyev bu zaman konsert zalında olublar. Prezident isə ayrıca studiyada pult arxasında əyləşib və mahnını oxuyub.Rəqsanənin "İnanımmı" mahnısı sayca ikinci səslənir.Qeyd edək ki, video zalda böyük ekran vasitəsilə yayımlanıb və zalda olan tamaşaçılar prezidentdən belə hədiyyəni heyranlıqla qəbul ediblər.Həmin videogörüntünü təqdim edirik və 4:28-ci saniyədə Rəqsanənin sözügedən mahnısını dinləyə bilərsiniz: