Şakira: “Rihannanı bəyənirəm”

Dünya şöhrətli müğənni Şakira "Glamour" jurnalına qonaq olub. Bir uşaq anası olan 36 yaşlı Şakira sevgilisi məşhur futbolçu Cerard Pikenin çox arıq qadınları sevmədini bildirərək "Mənim belə balıq ətli olmağımı sevir" deyə bildirib. Buna görə də bur çox həmkarlarından fərqli olaraq incə qalmaq kimi bir problemi olmadığını bildirən Şakira "Onsuz da narahat olacaq bir çox məsələm var. Bu ay idmanı dayandırdım. Çünki albomumu bitirmək lazımdır. Eyni zamanda maraqlanmam gərəkən bir övladım da var" deyə sözlərini davam etdirib. Şakira pəhrizini də dayandırdığnı bildirib.

Şakira karyerasında əldə etdiyi uğura da yavaş-yavaş çatdığını bildirib.

Yeni dövrün müğənnilərindən Rihannanı daha çox bəyəndiyini dilə gətirən Şakira onun dünyanın ən seksual qadını olduğunu düşünür.("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31