Azərbaycanlı şairin Türkiyədə şeirlər kitabı çıxıb

Rusiyanın Ufa şəhərində yaşayan azərbaycanlı şair Baloğlan Cəlilin Türkiyədə yeni kitabı çap olunub. "OLAYLAR"ın AYB-nin rəsmi saytına istinadən məlumatına görə, İmdat Avşarın çevirdiyi poetik nəşr "Qürbət türküləri" adlanır. Kitabın ön sözünün müəllifi şair Qulu Ağsəsdir. 1000 tirajla çap olunan kitabda M.İsmayıl, M.Aslan, M.Yaqub, İ.İlyaslının fikirləri də yer alıb. Nəşrin yayım direktoru Səlim Tuncbiləkdir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31