70 yaşlı aktrisaya rekord məbləğ
9 Yanvar 2014 19:52 MədəniyyətTürkiyənin tanınmış aktrisası Nebahat Çehre yeni seriala çəkiləcək. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı sənətçi "Kara Para Yalan Eşq" filmindən gələn təklifi qəbul edib. Teleserialda Hazal Kaya, Aslı Tandoğan və Hakan Kurtaş kimi aktyorlar rol alacaq. Qocalmaq bilməyən aktrisa hər bölümə görə 30 min lirəlik (təxminən, 12 min AZN) müqavilə ilə gənc həmkarlarını geridə qoyub. Qeyd edək ki, N. Çehre daha əvvəl "AŞK" serialında rol alırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31