Filipp Kirkorov uşaqlarının fotosunu paylaşdı - FOTO
Şəkil yükləndiyi andan izləyicilər tərəfindən bəyənilib
9 Yanvar 2014 19:16 MədəniyyətRusiya estradasının kralı Filipp Kirkorov Yeni il istirahətini BƏƏ-də keçirir. ANS PRESS-in məlumatına görə, müğənni sosial şəbəkədə övladlarının Dubayda dəniz kənarında çəkdiyi fotolarını paylaşıb. Müğənni fotoya "Kim düşünə bilərdi... Alla-Viktoriya, Martin və Burj al Arab, səhər dənizi" şərhini yazıb.
Şəkil yükləndiyi andan izləyicilər tərəfindən bəyənilib. Pərəstişkarlar eləcə də, ifaçıya və ailəsinə xoş arzularını bildiriblər: "Sizə və ailənizə sağlamlıq arzulayırırıq. Arzular hər zaman həyata keçir, bu şəkil əsil xoşbəxtlik tablosudur".
Qeyd edək ki, ötən il Filipp Kirkorov Mayamiyə istirahətə yollanarkən uşaqlarının yaşı az olduğundan özü ilə aparmamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31