Azərbaycanda aktyor vəfat etdi

Azərbaycan teatrına ağır itki üz verib. Mingəçevir Dövlət Dram Teatrının (MDDT) aktyoru Zülfi Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, Z.Məmmədov uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Z.Məmmədov sonuncu dəfə italyan yazıçısı Eduardo Flipponun "Ruhlar" komediyasında baş qəhrəman obrazını canlandırıb. Aktyor fəaliyyəti dövründə yüzlərlə tamaşalarda baş qəhrəman obrazını ifa edib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31