İbrahim Tatlısəsin oğluna 90 minlik hədiyyə

Türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu İdoya bahalı hədiyyə verilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin keçmiş xanımı, İdonun anası Dərya Tuna oğluna 90 min lirəlik (təxminən, 36 min AZN) saat bağışlayıb.
"Frank Muller" firmasından olan qol saatının üzərində Tunanın rəsmi var. İdo saatın fotosunu İnstaqram hesabında paylaşaraq "Yenə anamın hədiyyəsi" sözlərini yazıb.
Qeyd edək ki, D. Tuna bir müddət əvvəl İdoya 30 min lirəlik (təxminən, 12 min AZN) "Rolex" saatı hədiyyə etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31