Məşhur türk aktrisa: "Sevgilim pulları alıb qaçdı"
8 Yanvar 2014 18:46 MədəniyyətTürkiyənin məşhur aktrisalarından olan Seray Sever üçün 2014-cü il çox pis başlayıb. Milli.Az AHT-yə istinadən bildirir ki, aktrisanın yayda Bodrumda tanış olduğu sevgilisi, Britaniya vətəndaşı Henri onu aldadıb. "Dedi ki, sərmayə qoymaq, daşınmaz əmlak almaq istəyir, amma 50 min dolları çatmır. Mən də o pulu verdim. Amma ertəsi gün Henri pullarla yoxa çıxdı, hələ də görünmür. Əvvəlcə polisə şikayətlənmək istədim. Amma barəmdə mediada hansı xəbərlərin çıxa biləcəyini düşünüb fikrimdən vaz keçdim", - S.Sever deyib. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31