Məşhur sehirbaz Devid Kopperfild modellə evlənir

28 yaşlı model Xloey Qosseli üç il bundan öncə 6 ildir münasibətdə olduğu sehrbazdan qız övladı dünyaya gətirib

Məşhur illüziyaçı Devid Kopperfild 28 yaşlı model Xloey Qosselin ilə evlənir. Sehirbaz 6 ildir görüşdüyü xanım ilə evlənəcəyi barədə şəxsən məlumat verib. Bu dəfə hər şey gerçək olacaq artıq sehirlər arxada qaldı. 57 yaşlı Devid model ilə münasibətləri barədə sual verən müxbirlərə maraqlı xəbərlər verib. O, bildirib ki, Xloe ilə çox xoşbəxtdirlər və toy hazırlıqlarına artıq başlayıblar. Xloe Qosselin- supermodel və Fransanın dəbli geyim brendinin dizayneridir. Model üç il bundan öncə 6 ildir çünasibətdə olduğu Kopperfilddən qız övladı dünyaya gətirib. Cütlük sehirbazın Karib dənizinin yaxınlığında, Kopperfild Bi-də yerləşən evində yaşayırlar. Qeyd edək ki, Devid illər öncə 11 ada alıb, daha sonra isə bahalı istirahət mərkəzinə çevirib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31