Şakira Rianna haqqında: "Mən heç vaxt düşünmürdüm ki..."
8 Yanvar 2014 18:55 MədəniyyətDünya şöhrətli müğənni Şakira müğənni Rianna ilə əməkdaşlığı haqqında danışıb. "Glamour" jurnalının fevral ayında çıxacaq buraxılışına açıqlama verən müğənni deyib ki, əvvəlcə əməkdaşlığı gizli saxlamaq istəyirmişlər. "Biz bunu (əməkdaşlığı) sirr saxlayırdıq. Mən heç vaxt düşünmürdüm ki, biz bir araya gələ bilərik. Mənim işlərim, uşağım Milan... Riannanın isə qastrolları... Onunla işləmək utopiya idi", - o əlavə edib. Şakira həmkarına komplimentlər deməyi də unutmayıb. "O dünyanın ən gözəl qadınıdır. Amma nəticədə biz hər ikimiz Karib qızlarıyıq. Mənə rəqs hərəkətləri öyrədib. O, çox şirin müəllimədir", - o müğənni qeyd edib. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31