Bakı forumuna hazırlıq məsələləri müzakirə edilir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Amsterdamda aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Global Shared Societies Forumuna hazırlıq məqsədilə danışıqlar aparılır. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, müzakirələrdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru cənab Dr. İsmail Serageldin və Hollandiyanın sabiq Baş naziri, Madrid Klubunun sabiq prezidenti cənab Vim Kokla yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir. 

Qeyd edək ki,  II Global Shared Societies Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək. I Cənubi Qafqaz Forumundan başlayaraq yaradılan şəbəkəyə hazırda dünyanın 60-dan çox sabiq ölkə və hökumət rəhbərləri  cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31