Skripkaçı rəqqasə Fatiməyə jest etdi
8 Yanvar 2014 13:29 MədəniyyətƏməkdar artist, skripkaçı Səlim Abbasov Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fataliyeva ilə bir araya gələrək, yeni işlərini təqdim ediblər. Bu barədə "OLAYLAR"az-a skripkaçı Səlim məlumat verib: "Xeyli müddətdir üzərində çalışdığım bir kompozisiyanı yekunlaşdırdım. "Lalələr" adlı xalq mahnısını yeni üslubda ifa edib, hazırladım. Bu musiqini hazırladıqdan sonra, artıq biznes ledi, pedaqoq kimi də tanınan, "Göyçək" Fatiməyə hədiyyə etdim. O da bu jesti qəbul edib, bu kompozisiyaya çox gözəl bir rəqs nümunəsi hazırladı. Onun qurduğu rəqslər hər zaman xoşuma gəlib. İşbirliyimiz bununla yekunlaşmayacaq. Fatimə ilə növbəti proyektlər barədə düşünürük. Bu 2014-cü ildə hər ikimizdən sürprizlər gözləməyə dəyər". "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31