Azərbaycanda şirkət sahibi oğurlanıb VIDEO

Yüz minlərlə tamaşaçının hər yeni bölümünün yayımını səbirsizliklə gözlədiyi, geniş tamaşaçı auditoriyasının böyük maraq və diqqətinə səbəb olan "Toy gecəsi" bədii televiziya serialının 14-cü bölümündə də bir sıra nəfəs kəsən hadisələr cərəyan edir. Belə ki, Aygünlə Səbinə arasındakı düşmənçilik pik həddinə çatır. Aslanın təhrikiylə Aygün şirkəti Səbinəgildən ayırmaq qərarına gəlir. Hüquqşünasla söhbət zamanı bəlli olur ki, bütün şirkətin yeganə qanuni sahibi Səbinədir. Bu gözlənilməz xəbər ən çox Aslanı şoka salır. Gecəni Səbinəylə keçirdiyi üçün Murad Qəhrəmanovla atası arasında böyük bir gərginlik yaşanır. Kərim Gülyanı restoranlardan birində başqa kişiylə yaxalayır. O, məhz bundan sonra qəti şəkildə Gülyanı boşayacağını bəyan edir. Bu arada Səbinəni xidməti maşınıyla evə gedərkən yolda oğurlayırlar. Səbinə imkan tapıb zəng edərək bu haqda Murada xəbər verir. Və...

Bütün bu hadisələri təfərrüatıyla bilmək istəyirsinizsə, "Toy gecəsi" bədii televiziya serialının bu gün axşam saat 19.00-da ATV kanalında yayımlanacaq 14-cü bölümünü izləməyi unutmayın. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31