Aktrisa özündən 24 yaş kiçik oğlanla sevgilidir

Boşandıqdan sonra məşhur aktrisa Demi Murun özünə gənc sevgili tapması haqda söz-söhbətlər səngimək bilmir. Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı aktrisanın məşuqunun kimliyi bəlli olub. Bu, 27 yaşlı Şon Fraydeydir. O, "Dead Sara" rok qrupunun baranban ifaçısıdır. Şon Demi Murun böyük qızı Rumer Uillislə dostdur. Rumer anasını "Dead Sara" qrupunun konsertinə gətirib və cütlük orada tanış olub. Hazırda Demi sevgilisi ilə olduqca xoşbəxt görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31