Xalq artistlərinin "silah"ları susdu?
"Belə bir fikrim yoxdur və olmayacaq"
7 Yanvar 2014 19:13 MədəniyyətBu gün mediada xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyevanın barışıq xəbəri yayılıb. Yayılan məlumatda küsülü müğənnilərin dünən görüşdüyü və barışığa imza atdığı bildirilib. Axşam.az xəbər verir ki, Nazpəri Dostəliyevanın məsələyə münasibəti gecikməyib. O, bununla bağlı bəyanat yayıb:
"Mən heç kimə zəng vurmamışam, nədə ki kiminləsə görüşməmişəm. Belə bir fikrim yoxdur və olmayacaq. Dünən bütün günü işçilərimlə birlikdə tədbirlərdə olmuşam, xalqımdan pozitiv, müsbət enerji almışam. Bu cür boş-boş xəbərləri yayanlar kimlərdir, bilmirəm. Bundan sonra belə mənfi enerji verən hadisələrdə adım hallanmasın. Bu məsələ ilə bağlı bütün suallar vəkilim Yunus müəllimə verilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31