Aygünün doğum gününə gedənlər bu şərtlərə əməl etməlidir
7 Yanvar 2014 18:50 MədəniyyətXalq artisti Aygün Kazımova doğum gününü karnaval şəklində qeyd edəcək. "Qafqazinfo"nun məlumatına görə, bu haqda prodüser Tolik "İnstagram" səhifəsində məlumat yayıb: "Divanın ad gününə az qaldı. Şou-biznes nümayəndələri (dəvət olunanlar) hazırlıq görsünlər, Karnaval Party təşkil edəcəm, kim özünü hansı obrazda görür o geyimdə gəlsin. Gecəyə uyğun geyinməyənlər, kimliyindən asılı olmayaraq, içəri buraxılmayacaq, geyim əsas şərtdir".
Qeyd edək ki, Kazımova 1971-ci il yanvarın 26-da anadan olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31