Keyt Midlton Bekhemlə dost oldu

Uels şahzadəsi Uilyamsın xanımı Keyt Mildtonla modelyer və "Spice Girls" qrupunun keçmiş üzvü Viktoriya Bekhem arasında dostluq münasibəti qurulub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər tez-tez görüşür ortaq mövzularda fikir mübadiləsi aparır. İncəsənət, dəblə bağlı zövqləri yaxın olan xanımlar həm də analıq təcrübələrini bölüşür. Onların həm də ailəvi məclislərdə bir araya gəldiyi bildirilir. Sabiq futbolçu Devid Bekhemlə şahzadə Uilyams uzun müddətdir ki, tanışdır.

Qeyd edək ki, bir müddət əvvəl Londonda 7 mərtəbəli malikanə alan Bekhem şahzadə ailəsi ilə qonşu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31