Ayan klip bazarına yenilik gətirdi VIDEO
7 Yanvar 2014 12:30 MədəniyyətSənət yeniliklərini fərqləndirməyi bacaran müğənni Ayan Babakişiyeva bu dəfə yeniliyi klip bazarına gətirib. Onun fotolardan ibarət animasiyalı klipi bunu deməyə əsas verir. Kadrları qrafika işləmələri ilə zənginləşən sənətçinin yeni klipi "Telefonum susub" adlanır. Sözləri İsmayıl Dadaşov, musiqisi Elçin İmanova məxsus mahnıya ekran həyatını Cehyun İbrahimoğlu verib. Klipin rəssamı Azər İbrahimogludu.
Yaradıcı heyətin klipdəki zəhməti danılmzadır. Ayanın klipdəki bütün görüntüləri fotosessiya nəticəsində əldə olunub. Daha sonra rəssam əli ilə həmin görüntülər texnikaya çəkilib. Növbəti mərhələdə, qrafikanın köməyi ilə animasiyalı görüntülər yaradılıb. Bütövlükdə heyət, böyük zəhmət hesabına ortaya qeyri-adi məhsul çıxarıblar. Sözləri bu günümüzlə səsləşən həzin mahnı ilə görüntülər bir-birini tamamlayıb. Ayan xanım bu ideyanın rejissordan gəldiyini söyləyir. Ceyhun bəy isə öz növbəsində hələ ki, bazara belə bir klipin daxil olmadığını deyib. "OLAYLAR" İA.