Oğlundan Brilliant Dadaşovaya qadağa

Xalq artisti Brilliant Dadaşovaya oğlu Cahad qadağa qoyub.

axşam.az  xəbər verir ki, müğənni "Xəzər" telekanalında yayımlanan "Telemaqazin" verilişinə açıqlamasında övladının efirdə adının hallanmasını istəmədiyini bildirib:

"Cahad deyir ki, müsahibələrində məndən danışma. Mənim hesabıma reytinq yığma, mahnılarınla gündəmə gəl. Görün mən nə gündəyəm ki, kiminsə hesabına reytinq yığıram (gülür). Həmişə ona izah etməyə çalışıram ki, sən mənim övladımsan, maraqlanmaqları, səndən yazmaqları normaldır. Onun adını çəkməyimi qadağan edib".

Yeni planlarından söz açan xalq artisti təqdim edəcəyi bəstələrdən danışıb:

"Gənc bəstəkarlar var ki, çoxlu mahnılar göndərir. Amma onlar mənə yeni əhval-ruhiyyə bəxş etmədikləri üçün oxumuram. "London-Paris"dən sonra üç bəstə var, onları yaxın günlərdə təqdim edəcəyəm. Bir də köhnə mahnılar var ki, onları yeni aranjmanda ifa edəcəyəm. Fikrət Əmirov, Tofiq Quliyev, Seyid Rüstəmov - bunların mahnıları mənə daha doğma gəlir".

Brilliant Dadaşova digər müğənnilərə məsləhət də verib:

"Hamısına deyirəm ki, 2014-cü ildə səhnədə at yox, musiqi oynatsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31