“Beynəlxalq Əlillər Cəmiyyəti” Könül Xasıyevanı təltif etdi

Dekabr ayının 28 və 29-da Heydər Əliyev adına Sarayda respublikanın əməkdar artisti Könül Xasıyevanın "Qayıt nə olar..." adlı solo konserti keçirilib. Konsertdə Könül xanımın ifasında muğamlar və xalq mahnıları səslənib. Könül xanım həmin konsertə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyimizin 50 nəfər fiziki qüsurlu üzvünü də dəvət edib. Bunu nəzərə alan "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi və "Əlillər Dünyası" qəzetinin kollektivi fiziki qüsurlu insanlara diqqət və qayğısına və məlahətli səsi ilə onlara mənəvi dəstək olduğuna görə Könül xanımı Diplomla təltif edib. Qeyd edək ki, ilk belə diplom Azərbaycan xalqına olan böyük hörmət və ehtiramına, eləcə də İctimai Birliyimizlə saxladığı dostluq və əməkdaşlıq münasibətlərinə görə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzaya təqdim edilib. Diplomu və İB-nin sədr müavini, "Qızıl qələm" media mükafatçısı, şairə, 1 -ci qrup gözdən əlil Ülkər Atəşin "Neynir məni bu dünya" adlı kitabını Könül xanıma Birliyin sədri və qəzetin baş redaktoru Tahir Xudiyev təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31