Selena Qomez xəstəliyini gizlədir

Tanınmış müğənni Selena Qomez haqqında yeni xəbər yayılıb. Axşam.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sənətçinin ağır dəri xəstəliyinə tutulduğu bildirilir. Tibbdə "Lupus" adlandırılan xəstəlik dəri, böyrək, ürək və ağciyər səthindəki iltihabla başlayır. Selenanın Asiya və Avstraliya turlarını bu səbəbdən təxirə saldığı iddia olunur. Həkim S. Qomezə dincəlməyi tövsiyə edib. Müğənni isə xəstəliyinin ictimaiyyətə məlum olmasını istəmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31