Türkan Şoraya "yox" dedi
27 Dekabr 2013 19:00 MədəniyyətTürkiyənin ən məşhur aktrisası Türkan Şoray 32 illik fasilədən sonra ilk dəfə rejissor qismində çalışmağa başlayacaq. O, yeni filminə tanınmış aktyor və komik Ata Demireri də dəvət edib. Fəqət, Demirer "Eyvah Eyvah 3" filmininin çəkilişlərində olduğu üçün T.Şorayın təklifinə "yox" demək məcburiyyətində qalıb. AHT bildirir ki, Türkan Şoray tanınmış yazıçı Erendiz Atasünün "Kadınlar da vardır" novellasının motivləri əsasında film çəkəcək. İlkin məlumatlara görə, filmdə Bergüzar Korel və Nurgül Yeşilçay da çəkiləcəklər. Filmdə Bergüzar Korel modern şəhər həyatı yaşayan qadını, Nürgül Yeşilçay isə həyatını ailəsinə qurban vermiş xanım rolunu oynayacaq. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31