Fatimə tələbələrini təqdim etdi

"Banu" rəqs məktəbini açan Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fataliyeva hazırladığı tələbələrini canlı efirdə təqdim edib. "OLAYLAR"az-ın məlumatına görə, bir aydan da az müddətdə gənclərə rəqsin sirlərini öyrədən Fatimə tələbələri ilə birgə "Ans"-in "Günəbaxan" verilişində rəqslərini təqdim ediblər. Fatimə ilk olaraq xüsusi hazırlayıb, qurduğu "Sən güləndə" Azərbaycanın milli rəqsini tələbələri ilə birgə oynayıb. Milli rəqsdə ara verdikdən sonra Fatimə tələbələrini yenidən səhnəyə çağırıb. Rəqqasə bu dəfə, özünün qurduğu Hind rəqsini onlarla birgə tamaşaçılara təqdim edib. Fatimənin tələbələri ilə rəqsləri maraqla qarşılanıb.

Çıxışlarını başa vurduqdan sonra, Fatimə tələbələrindən razı qaldığını deyib: "Çox şadam ki, artıq məndə müəllim, pedaqoq kimi sözümü deməyə başlamışam. Az bir müddətdə tələbələrimə öyrətdiyim rəqsin bəhrəsini bu gün hər kəs şahidi oldu. Düşünürəm ki, tələbələrimlə birgə uğurlarımızın sayı çox olacaq. Çox istəyirəm ki, Azərbaycana yen-yeni gözəl istedadlı rəqqasələr yetişdirim. Bu istəyimə nail olacağıma da inanıram. Çünki, həqiqətən də bizim millətimiz çox istedadlıdır". "OLAYLAR" İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31