Nazənin Yeni il şou proqramlarında iştirak etməkdən imtina edib
Sevilən müğənnimiz Nazənin xanımla əlaqə saxlayaraq müğənninin Yeni ili harada və necə keçirəcəyi ilə bağlı maraqlandıq. İstədik öyrənək ki, müğənninin heyranları Yeni ildə şadlıq saraylarında keçirilən şou proqramlarda onu görə biləcəkmi?
27 Dekabr 2013 14:12 MədəniyyətMüğənninin "OLAYLAR"a eksklüziv açıqlaması: "Yeni təqvim ilini mən ailə üzvlərimlə birgə evimdə qeyd edəcəyəm. Dekabr ayının 31-i Məhəmməd Peyğəmbərin (s.a.) vəfatı gününə düşdüyündən, heç bir şou proqramlarda və televiziya verilişlərində olmayacağam. Şadlıq saraylarından və istirahət məkanlarından Yeni təqvim ili ilə bağlı aldığım bütün təkliflərdən imtina etmişəm. Qəlbimdə, əməllərimdə Allaha böyük sevgi var, dinimizə sonsuz hörmətim var. Ona görə də Yeni il şou proqramlarında iştirak etməkdən imtina etmişəm. Bircə onu arzu edirəm ki, 2014- cü il hər bir ailəyə sevinc bəxş etsin, xalqıma səadət, firavan həyat arzulayıram. Tezliklə işğal altında olan torpaqlarımızda bayramlarımızı qeyd edək. 2014-cü ildə Cabbar Musayevin bəstələdiyi silsilə mahnılarla tamaşaçılarımın görüşünə gələcəyəm. "OLAYLAR" ailəsinin də Yeni ilini təbrik edirəm".
Alim Nəbioğlu