Cem Yılmaz boşanma xəbərlərindən danışdı

Türkiyəli yumor ustası Cem Yılmaz boşanma xəbərlərinə münasibət bildirib. Axşam.az-ın məlumatına görə, şoumen deyilənləri təsdiqləməsə də, inkar da etməyib:
 "Boş-boş işlərlə məşğul olmayın. Özünüzə aid bir dünyanız olsun. Ətrafınıza xoşbəxtlik və pozitivlik saçın".

Qeyd edək ki, 2012-ci ildə model Ahu Yağtu ilə ailə quran Cem Yılmazın Kamal adlı oğlu var. Cütlüyün yola getmədiyi və boşanacağı haqda xəbərlər bir neçə gün əvvəl yayılıb. Hətta Cemin evi tərk edərək ofisdə gecələdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31