Azərbaycanın mədəniyyət və turizm naziri teatrların repertuarından narazıdır

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrların repertuarından narazılıq edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün 2013-cü ilin trend yekunlarına həsr olunan kollegiya iclasında deyib ki, ötən müddətdə Azərbaycanın teatrları, musiqi kollektivləri bir sıra xarici ölkələrdə qastrollarda olublar, tamaşalar qoyublar: "Ancaq bir neçə məsələ məni narahat edir. Teatrların iş cədvəli, teatr və musiqi kollektivlətinin repertuarı məni natahat edir".
Nazir bildirib ki, teatrların bəziləri həftədə cəmi 2 tamaşa qoyurlar. Uşaqlar üçün isə tamaşalar heç hazırlanmır: "Dəfələrlə demişəm ki, teatrlar 2 səpkidə teatr hazırlamalıdırlar. Teatrların bəzilərinin repertuarına aşağı səviyyəli tamaşalar, dram əsərləri, komediyalar daxil edilir. Teatr kollektivləri olduqca böyük iş görməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31