“Mehriban ana” və “Vətən oğlu” mükafatları Moskvada

Moskva ədəbi mühitində Yeni il qabağı iki xoş hadisə bir günə təsadüf edib. AYB Moskva şöbəsinin sədri alim, şair Tofiq Məlikli və Rusiyavə Avrasiya Yazarlar birliklərinin üzvü şairə Afaq ŞIXLI "Dədə Qorqud ocağı" fondu tərəfindən mükafatlandırılmışlar. Mükafatları tanınmış ictimai-siyasi xadim Eldar İsmayılov təqdim etmişdir. Mükafatlandırma mərasimi Moskvada, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat kitabxanasının nəzdində təşkil olunmuş, azərbaycanlıllara doğma olan Azərbaycan mədəni və ədəbi mərkəzində baş tutdu.  Tədbiri Afaq Şıxlı haqqında xöş sözlərlə açan Azərbaycan Yazıçılar birliyi Moskva şöbəsinin rəhbəri, "Ocaq"ədəbi cəmiyyətinin sədri professor Tofiq Məlikli mükafatın layiqli sahibini tapdığını söylədi. "Əslində bütün analar mehribandır. Amma Azərbaycan anaları öz övladlarından başqa özgələrə də bu mehribanlığı, qayğıkeşliyi ilə seçiləndir. Afaq Şıxlı yaradıcılığı ilə bir gənclərimizə yol göstərən örnək ana rolunu oynayır. Mehriban xanım Afaq Şıxlıya elə "Mehriban ana" medalı yaraşır"-dedi. 

Mükafatı təqdm etməkdən ötrü Bakıdan gələn "Dədə Qorduq ocağı" fondunun sədri, "Azərbaycan dünyası" jurnalının baş redakoru Eldar İsmayılov Afaq Şıxlının bu ada layiq görülməsi cəmiyyətin idarə heyətinin yekdil qərarı ilə qəbul olunub-deyə sözə başladı:

Təşəkkür nitqi ilə şıxış edən Afaq Şıxlı belə bir gündə onun üçün bu mükafatın sürpriz olduğunu söylədi. Bu təntənəli mərasimin, rəhmətlik atası Azərbaycanın baş geoloqu Arif Şıxlinskinin doğum gününə təsadüf etdiyini bildirən şairə, onu bu mükafata layiq görən "Dədə Qorqud ocağı" fonduun əməkdaşlarına, onun rəhbəri Eldar İsmayılova minnətdarlıq etdi.

"Mərasmin daha bir sürprizi var"- deyə mükafatın təsisçisi Eldar İsmayılov Bakıdan Moskvaya daha bir hədiyyə ilə gəldiyini bildirdi.

"Tofiq müəllim, ""Dədə Qorqud ocağı"fondundakı o "ocaq" kəlməsi sizin "Ocaq"(ğ)ınızdandır. Oradan qor götürmüş bir ocaqdır. Moskvaya hər qədəm qoyanda ilk yada düşən azərbaycanlıları başına toplayan bu "Ocaq"dır. Mənim üçün və düşünürəm ki, hamı üçün bu belədir. Əməyi, zəhməti, biliyi bacarığı ilə Azərbaycana töhfə verən insanlara təqdim edilən bir ali mükafatımız da var-"Vətən oğlu" medalı. Onu da qeyd edim ki, bu mükafat bir çox tanınmış ziyalılarımıza, ictimai xadimlərimizə verilib. Vətəninə xidmətdən yorulmayan vətən oğluna Tofiq Məlikliyə "Vətən oğlu" medalını taxmaqdan şərəf duyuram", -deyə Eldar İsmayılov mükafatı təqdim etdi.

Tünzalə Vəliqızı

Yenisəs.ru

Moskva

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31