“Yaxşıların yaxşısı” Şimali Kiprdə konsert verəcək

Doğu Akdeniz Universitetində Həmrəylik günü ilə bağlı keçiriləcək proqramda çıxış edəcək müğənni Yaşar Cəlilovdur. Ayın 29-u Şimali Kiprin Doğu Akdeniz Universitetinin Azərbaycan Tələbə Cəmiyyəti adı çəkilən universitetdə Dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edəcək. Kiprin ilk dövlət universiteti olan Doğu Akdeniz Universitetində təşkil olunacaq gecə də müğənni Yaşar Cəlilov konsert proqramı ilə çıxış edəcək. 
Gecədə həmçinin DAÜ Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Toğrul İbrahimli, adı çəkilən universitetin Türk dövlətləri üzrə rektor müşaviri və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu da həmrəylik günü ilə bağlı öz təəssüratlarını bölüşəcək, keçirilən tədbirin əhəmiyyət və məqsədindən söz açacaqlar 
Ölkəmizlə bağlı qısa video çarxın da nümayiş olunacağı gecədə tələbələrin ifasında Azərbaycan milli rəqsləri də nümayiş etdiriləcək.
Xatırladaq ki, gecə də iştirak edəcək müğənni Yaşar Cəlilov bir çox müsabiqələrlə birlikdə, həmçinin "Yaxşıların yaxşısı-2012" milli mükafatına da layiq görülüb.
Son da onu da qeyd edək ki, 16 mindən çox tələbənin təhsil aldığı universitetdə 69 müxtəlif ölkədən tələbə təhsil alır ki, azərbaycanlı tələbələrin də sayı burada 500-ə yaxındır. Ənənəvi olaraq milli günlərimizi Şimali Kiprdə təşkil edən DAÜ Azərbaycan Tələbə Cəmiyyəti bu günə kimi, belə müxtəlif tədbirlər, forumlar, sərgilər, konsertlər təşkil ediblər. Həmrəylik günü münasibəti ilə təşkil olunacaq gecə də azərbaycanlı tələbələrlə birlikdə, xarici tələbələr də iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31