Cem Yılmaz boşandı: "Boş işlərlə məşğul olmayın"
26 Dekabr 2013 18:50 MədəniyyətTürkiyənin ən məşhur şoumen, komik və stənd-ap ustalarından biri Cem Yılmaz xanımı Ahu Yağtudan ayrılıb. Milli.Az AHT-yə istinadən bildirir ki, dünən Cem Yılmaz və Ahu Yağtu bir araya gələrək boşanma ilə bağlı müzakirələr aparıblar. Ərlə arvadın valideynləri, qohumlarının təkidləri, dilətutmaları da bir nəticə verməyib. Cem Yılmaz dünən Twitter-də yazıb: "Yeni İldə hamınıza bəxtəvərlik diləyirəm. Boş işlərlə məşğul olmayın. Özünüzə aid dünyanız olsun. Ətrafınıza sevinc, şadlıq verin. Asandır bu". Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31