İlin son xəyanət "bomba"sı

2013-cü ilin başa çatmasına bir neçə gün qalmış ABŞ şou-biznesində bir xəbər "bomba partlayışı" effekti yaradıb. 4 övladın böyüdüyü məşhur ailənin kənardan bəxtəvər və şən görünməsinə rəğmən dağılmaq ərəfəsində olduğu deyilir. US Weekly bildirir ki, Hollivudun ən zəngin prodüserlərindən olan Aaron Spellinqin qızı Torinin əri Din MakDermott arvadına xəyanət edib. 28 yaşlı kanadalı Emili Qudhənd belə deyir. "Dekabrın 6-da Kanadada bir barda tanış olduq. Din çox romantik kişidir. Çox səmimi söhbətləşdik. Gözəl olduğumu dəfələrlə dedi. Onu da söylədi ki, arvadı ilə aylardır ki, bir yastığa baş qoymur. Bizi ümumi dostlarımız tanış etmişdilər. Sonra Din məni qaldığı otelə dəvət etdi. Səhərədək birlikdə olduq. O deyirdi ki, arvadını çox sevir, amma onunla yatağa girməyəcək. Səhər ayrıldıq, axşam yenə görüşdük", - Qudhənd söyləyib. Din MakDermott arvadı Tori Spellinq ilə tanış olanda Meri Co Esteys ilə 13 illik nikahda idi. Tori Spellinq isə Çarli Şahnaian ilə nikahda idi. Din Merini boşadı, Tori isə Çarlidən boşandı və onlar evləndilər. Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31