Bu il məşhurlar üçün necə yadda qaldı?

Bəs, görəsən onlar yeni ildən nə gözləyir?

"İlan ilini hörmətlə yola salacağam.... Vətən uğrunda kartof soymaq belə lazım olsa, onu edərəm...Sevincimdən göyə uçurdum...."

"OLAYLAR" məşhurların köhnə və yeni illə bağlı fikirlərini öyrəndi. Meyxanaçı Ağmirzə ilan ilinin onun üçün düşərli olduğunu söyləsə də ötən ildə baş verən bir sıra arzuolunmaz hadisələrdən də danışıb: "2014-də yeni meyxanalarım, işlərimiz olacaq. 2013-cü il mənim üçün uğurlu oldu. Məşhədi ziyarət etdim. Yeni ildə Kərbəlayıya səfər etməyi palnlaşdırıram. Bu il təəssüflərlə qeyd edə bilərəm ki, bır sıra yaxın adamlarımı itirdim. Qarmon çalan dostumuz Aslan İlyasov dünyasını dəyişdi. Meyxana aləmindən uzaq olan bir-iki yaxınlarımı itirdim. Avtomobil qəzasında. Olur belə şeylər. Allah qoysa 2014-cü il uğurlu olacaq.

Mənsum İbrahimov da bu ilin düşərli olduğunu söyləyib, aləsindəki sevincdən, yaradıcılıq uğurlarından danışıb: "Yeni uğurlarımı, səfərlərim oldu. Dördüncü Muğam Televiziya Müsabiqəsi uğurla yekunlaşdı. Baba oldum, nəvəm dünyaya gəldi. Bu mənim üçün ən böyük sevincdi. 2014-dən də yeni uğurlar gözləyirəm. Ən böyük arzum isə Qarabağın işğaldan azad olunmasıdı".

Xanım meyxanaçı Samirə bu ilin onun üçün düşəli olduğunu söyləyərək öz ili olan atdan çox şeylər gözlədiyini söyləyib. O sənət aləmində baş verən arzuolunmaz olaylardan da söz açıb: "Bacanaqalar serialına dəvət alaraq özümü aktrisa kimi sınadım. Çəkilişlər hələ də davam edir. Bir sıra proyektlərimiz də uğurla həyata keçirildi. Plastik əməliyyat etdirdim. Xoşagəlməz hal o idi ki, meyxana aləmində olan kişilər məni özlərindən uzaqlaşdırdılar. Demək olar ki, 90 faizi. Amma Ağamirzə istisnadı. İstəmirlər ki, qadın meyxanada olsun. Qısqanclıq hissləri onlara imkan vermir. Bu bir az məni ağrıtdı. Deyirlər ki, meyxana qadın sənəti deyil, qadın işi deyil. Halbuki, əvvəl özləri məni bu sənətə gətiriblər. İndi isə fikirləri dəyişib. Gördülər ki, daha çox rəğbət qazandım. Bu da qısqanclıqdan irəli gəlir. 2014-cü ilin ilk günlərində başlayaraq ANS TV-də meyxana yeni səpgidə yayımlanacaq. Mən də proqramda yer almışam. Bundan başqa yenə də seriallardan dəvət almışam. Hələ ki, adlarını açıqlamayıblar, sadəcə olaarq razılığımı alıblar. Bu il mənim ilimdi, at ili yəqin ki, at ili  uğurlu, düşərli olar. Mənim ən böyük uğurum sənətimin Zeynəb Xanlarova tərəfindən bəyənilməsidi. Mən onun pərəstişkarı idim, sən  demə o da mənim. 2013-də Zeynəb Xanlarovadan "mən sənin pərəstişkarınam" sözünü eşitmək ən böyük uğur idi. Dostluğumuzu davam etdiririk".

"Aktrisa" filmi, "Pərvanələrin Rəqsi", "Sonuncu Fəsil" kimi uğurlu serialların rejissoru olan Rövşən İsax digər sənət dostlarından fərqli olaraq bu ilin onun üçün düşərsiz olduğunu deyir: "Bu il şəxsi həyatım üçün düşərsiz oldu. Arzuolunmaz olaylar yaşandı...Bu haqda heç danışmaq da istəmirəm....Oğlumu maşın vurdu. Şükürlər olsun ki, artıq yaxşıdı. Gözümdən əməliyyat olundum. Buna görə, ili tezliklə yola salmaq istəyirəm. Amma ilan ilini hörmətlə yola salacağam. Yaradıcılıq da davaç edir. Hər şey qaydasındadı. Çox mehriban kollektivimiz var. Hamı can deyib, can eşidir, işləməkdən zövq alırıq. Çətin olsa da. Yeni ili tamamilə "Sonuncu Fəsil"ə həsr edəcəyik. Yeni ildə 2015-ci ildə görəcəyimiz işlərin də planlarını aparacağıq".

Prodüsser Tarix Əliyev (Tolik) 2013-cü ilin elə də düşərsiz olmadığını söyləyir. Lakin atasının ürək əməliyyatı bu il ona stress yaşadıb. Nə yaxşı ki, əməliyyat uğurla yekunlaşıb. Prodüsser yeni il təəssüratlarını bizimlə bölüşür: "Elə də pis il olmadı. Ən çox atam ürəkdən əməliyyat olunarkən stress yaşadım. Allaha şükür ki, əməliyyat yaxşı nəticə ilə bitdi. Uğurlarım da da oldu. Bir ildə iki müğənni ilə işlədim. Sevda ilə iş birliyimiz uzunömürlü oldu. Sentyabrda Sevda Yəhyayevanın konsertini etdim. İlin sonunda Gənclər və İdman Nazirliyinin təsis etdiyi ən çalışqan prodüser makafatına layiq görüldüm. Prodüsserlərdən tək mən  bu mükafata layiq görülmüşəm. Bu gün də bir mükafata layiq görüləcəyəm. At ilində Arzu edirəm ki, at ilində hər kəs muradına çatsın. Qalmaqallı olsam da, çox vətənpərvərəm İnanın ki, vətən uğrunda nəyi bacarsam onu da edərəm. Vətən uğrunda kartof soymaq belə lazım olsa, onu edərəm. Vətənimi çox sevirəm. Xarici ölkələrdə tez-tez oluram. Amerikada bir şey məni çox təsirləndirdi. Hər həyət evinin önündə ölkənin milli bayraqlara asılmışdı. Dubayda da eyni halı müşahidə etdim. O gün olsun ki, Azərbaycanda da hər binanın, evin, villaların qabağında Azərbaycan bayrağı asılsın.

Tolik, yeni ildə də iş başında olacağam, demişdi ki, yol polisi onu saxladı. Daha sonra yenidən söhbətimizi davam etdirdik: "31-i gecəsi restoranlarda olacağıq. Ayın biri yeni il gəzintisi üçün Tailanda uçacağam, yanvarın 10-u vətənə qayıdacağam". Yeni il arzusundan danışan Tolik ən böyük arzularından birinin də onları yenidən birgə görmək olduğunu söyləyib: "Bilirsiz ki, mənim valideynlərim ayrılıb. 15 yaşım olanda bu olaylar yaşanıb. Bu hər ailədə ola bilər. Uşaq vaxtı babamgildə yığışıb süfrə düzəltmişik, "staliçni" salat hazırlayardıq. Anamın işlədiyi Mədəniyyət Sarayında "Cırtdan", ya da ki "Buratino" olurdum. Əslində o illərimə qayıtmaq istəyirəm. 25 il öncəyə. Gözəl aparıcımız var idi, Telli xanım. Neft Şirkətində yeni il şənliyi keçirilirdi. Çəkiliş zamanı Telli xanımın yanında ani olaraq məni göstərmişdilər, elə sevinirdim ki. Sevincimdən göyə uçurdum. Hamıya car çəkmişdim ki, məni televiziyada göstəriblər. O zaman tək AzTv var idi. Ən böyük macəralarım o zaman olub".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31