Günay Musayeva yenidən Rza Zərrabdan danışdı

Türkiyədə proqramların birində qonaq olan azərbaycanlı model Günay Musayeva Rza Zərrabın həbsinə münasibət bildirmişdi. Milli.Az publika.az-a istinadən xəbər verir ki, model söyləmişdi ki, iş adamı Azərbaycanda da yaxın dostlarını aldadıb. İndi isə fikirlərinin yanlış anlaşıldığını bildirən Günay, məsələylə bağlı açıqlama yayıb:
"25.12.2013 tarixində qatıldığım bir televiziya proqramında ifadə etməyə çalışdığım bəzi ifadələr media tərəfindən şişirdilərək, gündəmə gətirilib. Rza Zərrabla bağlı deməyə çalışdığım ifadələri dolayı yollarla kimlərdənsə eşitmişəm.
Heç bir dəqiq sənəd və bilgiyə söykənmir. Gündəmdəki əməliyyatın şübhəlilərindən biri olduğu üçün sektor daxilində hər kəs onun haqqında bir fikir irəli sürür, bir rəy bildirir. Bu söyləntilər, məncə, tərəfsizcə dilə gətirilir. Rza Zərrab və ailəsinin inciməsini istəmirəm. Buradan hörmətli mətbuat orqanlarının səhv anlaşılmalara imkan verməmələrini rica edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31