Uzaqlardan məktub

Esse 

Mən, Razi Barre Somalinin Moqadişu şəhərində yaşayıram. Əgər buna yaşamaq demək olarsa bəlli. 16 yaşım olmasına baxmayaraq, 30 kq çəkim var. Mənimlə yaşıd olan normal uşaqların 50-60 kq və daha artıq çəkisi olmalıdır əslində. Amma Somalinin indiki gəncliyi ən çoxu 40 kq çəkidə qiyaslanır. Burada təhsilin də durumu acınacaqlıdır. Təkcə bölgələrdə deyil, elə paytaxtın özündə də uşaqlar ibtidai təhsil belə ala bilmirlər. Kitab və dərsliklərdənsə ümumiyyətlə söhbət belə gedə bilməz. Ölkə böhran vəziyyətindədir, xalq yeməyə çörəyi güclə tapır, bu da günlük normanın 30%-ni belə ödəmir. Gün ərzində azı 50 nəfər dünyasını məhz aclıqdan dəyişir. Ölkənin ən böyük problemi isə su problemidir. Bildiyiniz kimi, Somali isti və sərt iqlimə malik bir ölkədir. Ona görə burada suya tələbat çoxdur. Su problemi o qədər ciddi hal alıb ki, artıq ölkədə aclıq və səfalət problemi ikinci plana keçib. Dünyanın ¾- nün su olmasına baxmayaraq, hesablamalara görə bunlardan cəmi 1%-i içmək üçün yararlıdır. Siz azərbaycanlılar suya lazımınca qiymət vermirsiniz. Bilmirəm, niyə siz və dünyadakı əksər xalqlar suyun qiymətini, onun həyatı önəmini ya görmürlər, ya da görmək istəmirlər? Mən özüm dəfələrlə susuzluqdan yaxa qurtarmaq üçün yararsız sulardan içmək məcburiyətində qalmışam. Belə bir hal yaşamağı heç kimə arzulamıram. Somali və bir çox Afrika ölkələrindəki insanlar da mənim kimi çirkab sularından qidalanırlar. Bütün bunlar isə özlüyündə müxtəlif iltihabi xəstəliklərə gətirib çıxarır. Onsuz da xəstəliklər, aclıq və səfalət ölkəni cənginə alıb, bir yandan da susuzluq problemi. Hər il BMT tərəfindən Somaliyə təkcə su yardımı üçün 1.000.000 ABŞ dolları həcmində vəsait ayrılır. Uluslararası təşkilatlar və bir çox inkişaf etmiş ölkələrin yardımları ilə ildə milyonlarla litr içməli su və ərzaq ölkəyə gətirilsə də bütün bunlar heç xalqımızın 10% ehtiyacını ödəmir. Əksinə xalqı daha da acınacaqlı vəziyyətə sürükləyir, çünki ölkəyə edilən bu biçimli yardımlar borc xarakterlidir və gec-tez geri ödənilməlidir. Bu vəziyyətdə olan dövlət üçün, iqtisadi sarsıntı içində çapalayan bir ölkə üçün bu qədər borcu geri ödəmək özlüyündə böyük problemlərə yol açır. Bu il avqust ayında kiçik qardaşım Muhammed Barre susuzluğa dözməyib 40 dərəcədən də yuxarı temperaturda vəfat etdi. O dəhşətli gündə qardaşımla birgə ətrafda yaşayan 5 uşaq da dünyasını dəyişdi. İldə 100-lərlə belə uşaq dünyasını dəyişir. Susuzluq o həddə çatıb ki, hətta sərin keçən noyabr, dekabr aylarında ölkədə hər adam başına düşən suyun miqdarı 1 litri keçmir. Hələ bu qış aylarındadır. Yaz və yayda adambaşına heç 300qr belə su çatmır. Normal insan gündə 7-10 litr su tükətməli olduğu halda bizim vətəndaşlar hətta dekabr ayında 1 litr suyu güclə tükədirlər. Nəzərə alsaq ki, qəbul olunan bu su normanın heç 10-15%-ni belə təşkil etmir və mənşəyi bilinməyən yerlərdən, yəni gölməçələrdən və başqa yerlərdən içilirsə, bizim halımızı təsəvvür edə bilərsiniz. Düzdür, ölkədə mineral su qaynaqları olsa da, heç bir faydası yoxdur, çünki ölkədə gedən iqtisadi çaxnaşma və böhran bu tip yerlərdən istifadəyə icazə vermir. Ölkəmizə edilən bu qədər yardımlara rəğmən hələ də əhali su problemi ilə ölüm- qalım savaşı aparır. Sizdə, aldığım bilgilərə görə, "Badamlı", "Sirab" və b. bu kimi mineral su qaynaqları var. Sizə tövsiyəm və xahişim ondan ibarətdir ki, o suların hər damlasından səmərəli istifadə edin. Sizin hətta qıyıb heyvanınıza vermədiyiniz çirkab suyuna belə biz möhtacıq və o suyun 1 damlası bizə hava, su kimi vacibdir. Unutmayın, həyat üçün vacib 4 ünsürdən biri də sudur. Bakı və ətraf rayonlarda içmək üçün yararlı sular bilərəkdən kanalizasiya sularina qatılır. Bu hallara qəti yol verməyin! Hər şey sizdən başlanır. Əziz həmyaşıdlarım, çalışaq nə sizin, nə də bizim ölkədə su boş yerə işlədilməsin. Məndə sizinlə bir yaşdayam, düzdür, təhsilim sizin qədər güclü, yaşayış tərzim sizin qədər yaxşı olmasa da, yaşamağa haqqım var hər bir insan kimi. Unutmayın! Bu məktubu sizə mən, Razi Barre yazdım Somalidən...

Düzdür, mən bunu başqasının adından yazdım, ancaq kimsə yazdıqlarmı oxuyub fikrində müəyyən qədər dəyişiklik oldusa çox xoşbəxt olaram...

Həmyaşıdlarıma səslənirəm SUYU QORUYAQ!!!

Elxan Sultanlı,

Bakı Texniki Kollecinin tələbəsi

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31